Redmi K20 Pro və K20 modelləri təqdim edildi

  • 28 May 2019

“Xiaomi”nin alt markası “Redmi” yeni “Redmi K20 Pro” və onun orta, yüksək performanslı telefonu “Redmi K20”ni təqdim etdi.

Chip.az xəbər verir ki, hər ikisi tamamilə çərçivəsiz ekranlara malik olan yeni “Redmi K20” cütlüyü özəllikləriylə böyük  istehlakçı auditoriyası toplayacaq kimi görünür.

Oxşar xüsusiyyətlərdən danışmağa başlasaq hər iki cihazın 6.39 düymlük ekrana sahib olduğunu söyləyə bilərik. Hər hansı bir çərçivəsi və ya dəliyi olmayan bu ekranlar 91.9% ekran / bədən nisbəti ilə təklif olunur. Hər iki telefon eyni üçlü kamera qurğusuna və ön kameraya malikdir. Bundan əlavə hər iki cihazda ekranda quraşdırılmış barmaq izi skaneri var.

“Redmi K20 Pro” “Qualcomm”un Snapdragon 855 prosessoru ilə təchiz edilib. 8 GB-ə qədər RAM və 256GB daxili yaddaşa malikdir. Daha sərfəli qiymətə təklif olunan K20 modeli isə Snapdragon 730 prosessoruna sahibdir . 6 GB RAM və 128 GB daxili yaddaşla təımin edilib.

 

“Redmi K20” modelinin xüsusiyyətləri

Snapdragon 730 prosessoru, Adreno 618 GPU

6GB LPDDR4X RAM, 64GB / 128GB daxili yaddaş saxlama

6.39 düymlü 2340 × 1080 piksel Tam HD + AMOLED HDR ekranı

Android 9.0 Pie əməliyyat sistemi

48MP, f / 1.75, 1/2 + Sony IMX582 sensor + 8MP, f / 2.4 + 13MP, f / 2.4 üçlü arxa kamera

20MP, f / 2.0 ön kamera

Ekranda yer alan barmaq izi skaneri

4G VoLTE, WiFi 802.11 ac (2,4GHz + 5GHz), Bluetooth 5, GPS (L1 + L2 Dual Band) + GLONASS, NFC, USB Tip C

18W sürətli şarj dəstəyi ilə 4000 mAh batareya

 

“Redmi K20 Pro” modelinin xüsusiyyətləri

Snapdragon 855 prosessoru, Adreno 640 GPU

6GB LPDDR4X RAM, 64GB / 128GB / 8GB LPDDR4X RAM, 128GB / 256GB daxili yaddaş

6.39 düymlü 2340 × 1080 piksel Tam HD + AMOLED HDR ekranı

Android 9.0 Pie əməliyyat sistemi

48MP, f / 1.75, 1/2 + Sony IMX582 sensor + 8MP, f / 2.4 + 13MP, f / 2.4 üçlü arxa kamera

20MP, f / 2.0 ön kamera

Ekranda yer alan barmaq izi skaneri

Dual 4G VoLTE, WiFi 802.11 ac (2,4 GHz + 5 GHz), Bluetooth 5, GPS (L1 + L2 Dual Band) + GLONASS, NFC, USB Tip C

27W sürətli şarj dəstəyi ilə 4000 mAh batareya

“Redmi K20” modelinin qiyməti 1,750 dollardan başlayır. “Redmi K20 Pro” isə 2,199 dollara başa gəlir. (vergilər daxil edilmir) Hər iki cihazın alov qırmızısı və mavi olmaqla 2 rəng seçimində modelləri var.  Ancaq “Redmi K20 Pro” karbon fiber qara rəng versiyasında da təklif olunur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır