OnePlus Apple ve Samsung-a dair müqayisəli reklam ekranlaşdırıb

  • 28 May 2019
  • 66

Müqayisəli reklamlar həmişə insanlara maraqlı gəlir. Əlbəttə, reklamın diqqət cəlb etməsi yaxşı hazırlanmasından asılıdır. “OnePlus”un yeni reklamı onlardan biridir.

Chip.az xəbər verir ki, “OnePlus”un ən vacib xüsusiyyətlərindən biri 6.7 düymlü AMOLED ekrana sahib olmasıdır. 1440p gücə malik bu ekranın en boy nisbəti 19.5: 9-dur.  Və video izləmək üçün ideal şəkildədir. Bundan başqa 90Hz yeniləmə sürəti ilə olduqca axıcı oyun təcrübəsi təklif edir.

Beləliklə bu ekran nədir? Ekranda heç bir çuxur, heç bir kamera dəliyi, ekranın bütövlüyünü bölən bir detal yoxdur. Reklamda bu kimi dəliklərin şəkillərinə baxarkən vizual məzmunla maraqlanarkən bunun nə qədər narahatlıq vercəyinə diqqət edilib.

 

 

“Oppo Reno” kimi “OnePlusz Pro 7”nin də pop-up adlı açıla bilən kamerası var. Bu kamera ilə 16 meqapikselli görüntü çəkmək mümkündür. Beləliklə, ekranda dəlik olmadan telefon istehsal edilə bilər. “OnePlus”un avantajı buna bənzər telefonların daxil olmadığı və ya daxil ola bilmədiyi ABŞ kimi perspektivli bazara çatmağı bacarmasıdır.

“OnePlus 7 Pro”nun ABŞ-da satışa çıxarılacaq versiyası 8 GB RAM və 256 GB yaddaş ilə təmin olunacaq. Telefon 699 dollara təklif olunacaq. Qiymət telefon modelindən asılı olaraq dəyişə bilər.

Sözü gedən  15 saniyəli reklamı izləyə bilərsiniz:

https://youtu.be/fE7zJSDxyRc

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Google Huaweiyə görə ABŞ Hökumətinə qarşı çıxır

Huawei modellərində Android lisenziyasının dayandırılması sözü gedən şirkətin bir çöküş yaşayacağı fikrini formalaşdırmışdı.

Chip.az

İnsanları Marsa aparacaq cihazın ilk sınağı oldu

"SpaceX"-in insanları kosmosa göndərməyi planlaşdırdığı "Starhopper" kosmik aparatının ilk sınağı uğursuz olub.

Chip.az İns

Avropa Ölkələri Enerji Ehtiyacları Üçün Hidrogen İstifadə Etməyi Planlaşdırır

Bərpa olunan enerji əvvəlindən bəri dəstəkləyən bir çox Avropa ölkəsi, alternativ olaraq hidrogen enerjisinə keçməyi planlaşdırır.
Avropada bir çox ölkə, qitədəki kar

Süni zəkanın yaratdığı rəsm əsəri hərraca çıxarılır – Dünyada ilk

İngiltərənin “Christie’s” adlı hərrac evi süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real insanların əl işləri ilə birlikdə satışa çıxaracaq.

“Portrait of

Çinin müxtəlif sahələr üzrə ən öndə gedən şirkətləri

Çin böyük əhalisi və ucuz işçi qüvvəsi ilə dünyanın ən böyük sənaye şirkətlərini cəlb edir. Hazırda bazarı böyüdən və idarə edən şirkətlərə sahibdir.