TikTok-un sahibi öz telefonunu təqdim etməyə hazırlaşır

  • 28 May 2019

“The Financial Times” qəzetində yer alan xəbərə görə, Pekində yerləşən sosial media şirkəti ByteDance içərisində öz tətbiqlərinin, oyunlarının əvvəlcədən yüklənəcəyi bir telefon hazırlayır.

Chip.az xəbər verir ki, “ByteDance”  bu ilin əvvəllərində  Çin smartfon istehsalçısı “Smartisan”dan da bir neçə patent almışdı. “The Financial Times”ə danışan adının açıqlanmasını istəməyən anonim mənbə ByteDance qurucusu Zhang Yimingin uzun müddət “ByteDance”  tətbiqlərinin yükləndiyi bir  telefon xəyal etdiyini bildirib.

“ByteDance” nin rəqibi “Tencent” ilə Çin sosial mediasında müharibəsi davam edərkən “TikTok” bu ayın əvvəlində bir milyard yüklənməyə yüksəldi. Şirkət daha çox istifadəçiləri cəlb etmək üçün Çin və Hindistan kimi inkişaf etməkdə olan bazarlar üçün xəbərlər və video proqramları nəşr etdi. Həmçinin şirkətin öz musiqi yayım platforması üzərində çalışdığı barədə şayiələr də var.

Sosial media şirkətinin smartfon biznesinə daxil olması bir qəıdər təəcüblüdür. “ByteDance”  tərəfindən bu sahədə təcrübənin olmaması səbəbindən bu təşəbbüs fəlakətlə də nəticələnə bilər. “Facebook” 2013-cü ildə bu metodu  “HTC” ilə sınaqdan keçirməyə cəhd göstərmişdi.  Lakin nəticədə xəyal qırıqlığı yaşamış oldu.

“Bloomberg”də yer alan məlumata görə, əsas gəlir mənbəyi reklamlar olan “ByteDance”  2018-ci ildə ilk dəfə gəlir hədəflərinə çata bilmədi. Başqa sözlə şirkətin özünə yeni qapısı açmağa çalışması normaldir.

 

İlgili resim

Çində smartfon satışının azaldığını nəzərə alan “ByteDance” bu sahənin nəhəngləri olan “Xiaomi”, “Oppo”, “Huawei”, “Vivo” və “Apple” kimi şirkətlərlə çətin bir yarışa girəcək. Hazırda BaytDansın telefonunun nə vaxt çıxması barədə dəqiq məlumat yoxdur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır