Sıxılma sərtliyini qəbul edən və buna müvafiq olaraq variantlar təqdim edən 3D Touch xüsusiyyəti artıq “iPhone”larda olmayacaq.
Chip.az xəbər verir ki, ilk olaraq “iPhone 6S” ilə həyatımızın bir parçasına çevrilən 3D Touch texnologiyası əsas menyuda tətbiqlərin üzərinə qeyd olunduqda əlavə seçimlər, klaviatura mətnindəki kursoru və rəsm proqramlarında qələm qalınlığı kimi detallardan istifadəyə şərait yaradırdı.

Ötən həftə verilən açıqlamalara görə, bu texnologiya 2019-cu ildə təqdim ediləcək “iPhone” modellərindən aradan qaldırılacaq. “Apple”in bu qərarı verməsinin səbəbi açıqlanmasa da, Silikon Vadisi nəhənginin bu funksiyanı “iPhone XR”də mövcud olan Haptic Touch (Haptic Engine vibrasiya mühərriki) ilə əvəz edəcəyi gözlənilir.

“Apple” növbəti həftənin bazar ertəsi baş tutacaq “Apple Developer Konfransı”nda (WWDC 2019) 3D Touch xüsusiyyətiylə əlaqədar daha ətraflı məlumat verməyi planlaşdırır. Bəzi ekspertlər isə “Apple” bu konfransdan sonra 3D Touch özəlliyini “iOS 13” modeli ilə hazırda istifadədə olan bütün “iPhone”lərdən də aradan qaldıracağı və bunun əvəzinə Haptic Touch funksiyasını əlavə edəcəyini ehtimal edir.
Aida İSAQ