İnformasiya paylaşımının günü-gündən artdığı bir dövrdə təhlükəsiz vasitələr axtaranlar üçün təkmilləşdirilimiş yeni güvənli telefon modeli “Bittium Tough Mobile 2” hazırlandı.
Chip.az xəbər verir ki, Finlandiyada dizayn və istehsal edilən cihaz dünyanın ən təhlükəsiz telefonudur. Şirkət həmçinin cihazın dayanıqlıq baxımından son dərəcə yaxşı olduğunu iddia edir.
Android 9.0 Pie əməliyyat sisteminə sahib olan “Bittium Tough Mobile 2” modelində təhlükəsizlik kodu mənbə koduna inteqrasiya edilmişdir. Bittiumun açıqlamalarına görə model bir neçə şifrələmə, autentifikasiya və əsas idarəetmə xüsusiyyətlərinə malikdir. Cihazda icazəsiz girişlərə qarşı məlumat təhlükəsizliyi platformasıyla yanaşı xüsusi gizlilik rejimi də mövcuddur.

“Bittium Tough Mobile 2” modelinin xüsusiyyətləri
Qualcomm Snapdragon 670 prosessoru
5.2 düymlük Full HD ekran
4 GB RAM, 64 GB yaddaş saxlama
Dual SIM kart dəstəyi
3000 mAh batareya
12 meqapiksel arxa kamera
5 meqapiksel ön kamera
IP67 sertifikatı
Xüsusi təhlükəsizlik avadanlığı
Qlobal keçid dəstəyi
Çox mikrofonlar vasitəsilə aktiv səs-küyün qarşısını almaq
Cihaz ilk dəfə 4-6 iyun tarixlərində Infosecurity Europe zamanı Londonda nümayiş olunacaq. Finlandiya şirkəti bu yüksək səviyyəli təhlükəsizlik cihazını 1,550 avroya təklif edir. Cihaz orta seqmentli smartfon kimi görünsə də, bir çox modellərdən daha etibarlı təhlükəsizlik vəd edir.
Aida İSAQ