Dünyanın 5G modemli İlk noutbuku təqdim edildi

  • 27 May 2019

Çin texnologiya istehsalçısı “Lenovo” planşet modelləri ilə diqqətdə qalmağı bacarır.

Chip.az xəbər verir ki, indiyə qədər bir çox noutbuk modeli istehsal edən “Lenovo” kompüter sənayesində dünyada ilk dəfə bir layihə üzərində işləyir. “Qualcomm” və “Lenovo”nun birgə əməkdaşlığı sayəsində formalaşan bu layihə “Project Limitless” adlandırılıb. İstehsal olunacaq məhsul dünyanın ilk 5G planşeti olacaq. Bu məhsulun buraxılış tarixi dəqiq deyilməsə də, 2020 ilə bu 5G noutbuk ilə başlayacağıq kimi görünür. Bu da “Lenovo”nun 2020-ci ildəki 5G əlaqəsinə dəstək verəcək bir noutbuku

“Lenovo”nun Computex 2019-da elan etdiyi bu yeni noutbuk əslində “Lenovo” tərəfindən hazırlanan digər modellərlə eynidir. İncə bir çərçivəyə malik noutbuk ikisi bir arada olaraq istifadə edilə bilər. Noutbukun üzərindəki  bağlantı nöqtələri də çox məhduddur. Sağ tərəfində qulaqlıq çıxışı olan modelin sol tərəfində USB-C tipli şarj və əlavə USB girişi yerləşir. Bundan başqa cihaz Windows 10 sisteminə sahib olacaq. Bu modeli başqalarından fərqləndirən xüsusiyyət internet bağlantısıdır. "Qualcomm" tərəfindən istehsal edilən 7-nm Snapdragon 8cx prosessoru ilə birlikdə X55 5G güclü modemindən istifadə olunacaq. Bu da hardware xüsusiyyətləri ilə dünyada ilk dəfə olaraq reallaşacaq.

5G şəbəkə mühitində 5G əlaqələri zəifləyərsə noutbuk avtomatik olaraq 4G-ə keçəcək. 5G bağlantısı qurulduqda noutbukun internet sürəti 4G bağlantısından 10 qat daha güclü olacaq. “Qualcomm” rəhbərlərindən biri olan Aleks Katouzian “Lenovo” ile gerçəkləşdirilən bu layihənin  həm sıravi həm də təşkilat müştəriləri üçün olduqca böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Eyni zamanda 5G şəbəkəsinin bu noutbukla  ilə birləşdirilməsinin istifadəçilər üçün yeni kompüter təcrübəsinin olacağını vurğulayıb.

“Lenovo”nun  hazırda bu noutbuk haqqında məlumatları  məhdud çərçivədədir. Yuxarıda göstərilən məlumatlara əlavə olaraq, kompüter 20 saat müddətində istifadə oluna biləcək. Eyni zamanda  bütün Windows proqramları ilə uyğunlaşacaq. Bu noutbukun bütün xüsusiyyətləri və qiymətləri haqqında məlumat almaq üçün “Lenovo”nun yeni açıqlamalarını gözləmək lazımdır.

Aida İSAQ

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır