xCloud bütün Xbox və Xbox One oyunlarını dəstəkləyəcək

  • 27 May 2019

 “Microsoft”un bulud əsaslı oyun xidməti "xCloud"  "Xbox One" oyunlarını da dəstəkləyəcək.

Chip.az xəbər verir ki, “Google” tərəfindən təqdim olunan və oyunçuların aylıq ödəniş edəcəyi bulud mühitində (Google serverləri vasitəsilə) oyunlarını oynayacağı Stadia platformasının Microsoft versiyası olan “xCloud” layihəsi üzərində işlər sürətlə davam edir. “Microsoft”un açıqlamasına görə “xCloud” layihəsi “Xbox One” oyunlarını da dəstəkləyəcək.

Kifayət qədər donanıma malik olmayan istifadəçilər üçün təqdim olunan “xCloud” layihəsinin 3500-dən çox oyun ehtiva etdiyi bildirilirdi. “Xbox One” üçün hazırlanmış 1,900-ə yaxın oyuna bu platformada dəstək veriləcəyini bildirən “Microsoft” “xCloud” layihəsi ilə istifadəçilərinə istənilən vaxt və hər yerdə 5000-dən çox oyun seçimini təklif edir.

 

 

“Oyun dünyasının Netflix”i şəklində tanıdılan bulud əsaslı oyun xidməti olan “xCloud”un qiymət və ya buraxılış tarixi haqqında təəssüf ki, heç bir açıqlama verilməyib. Xidmətin Alpha versiyası artıq “Microsoft” işçiləri tərəfindən test edilsə də, daha detallı məlumatın 11 İyun tarixində keçiriləcək E3 2019 Sərgisində açıqlanması gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır