“Google”nin video axtarış platforması əlverişli bir xüsusiyyət əlavə etdi.
Chip.az xəbər verir ki, “Android” platformasında “Google Duo” proqramının əməliyyat sistemi istifadəçilər tərəfindən yüksək qiymətləndirilir. Proqram dostlarınızla və ya ailə ilə ünsiyyət saxlamağı daha da asanlaşdırmaq məqsədi ilə tətbiqdə eyni vaxtda video çağırışlara qoşulma sayı ABŞ texnologiya nəhəngi tərəfindən 8-ə çatdırıldı.

8 nəfərlik video söhbətə qoşulmaq imkanı gözəl bir xüsusiyyət olsa da “Google Duo” rəqibləri olan “Skype”, “FaceTime” və “Facebook Messenger “ ilə müqayisədə geridə qalır. Belə ki, “FaceTime”nin video çağırışlarına 32 nəfər qoşula bilirdisə “Facebook Messenger” və “Skype”də bu say 50-ə bərabərdir.
2019-cu ilin əvvəlində açıqlanan Google Duo”nun versiyası təəssüf ki, hələ 8 nəfərlik qrup video çağırışları təqdim etməyib. Sözü gedən xüsusiyyəti Android tətbiqinə əlavə edən yeniləmə eyni zamanda İndoneziya, Hindistan və Braziliyada (test məqsədləri üçün) istifadəçilər üçün məlumat qənaət rejimi gətirir.
Aida İSAQ