Huawei bu il alternativ əməliyyat sistemləri təqdim etməyə hazırlaşır

  • 25 May 2019

“Google”, “Microsoft”, “Intel” kimi böyük şirkətlərlə problem yaşayan “Huawei” smartfon və dizüstü kompüterlər üçün xüsusi əməliyyat sistemi hazırlayacaqlarını bildirib.

Chip.az xəbər verir ki, şirkətin bununla birlikdə “Google” və ya “Microsoft”un proqramlarından tamamilə imtina ediləcəyi qeyd olunur.

“Huawei”  keçmişdə “Google” və ya “Microsoft” proqramlarından istifadə edilə bilmədiyi təqdirdə öz əməliyyat sisteminə sahib olduğunu söyləmişdi. Şirkətin üst səviyyə idarəçilərindən biri CNBC-yə əməliyyat sisteminin bu ilin sonunadək hazır olacağını və Çin xaricindəki bazarlara 2020-ci ilin birinci və ya ikinci rübündə mövcud bir versiyasının təqdim ediləcəyini bildirib.

“Huawei”  şirkətinin baş icraçı direktoru Richard Yu “Biz hələ də Microsoft Windows və Google Android-ə bağlıyıq. Lakin sözü gedən sistemlərdən istifadə edə bilməyəcəyimiz halda, “Huawei” B planını öz əməliyyat sistemindən istifadə etməyə hazırlayacaq”-deyə qeyd edib.

 

 

“Huawei”nin “Android”dən istifadəsinin əngəllənməsi telefonların istifadəsinə mane ola bilər. Çünki telefonlarda istehlakçıların istifadə etdiyi “Google Play Store” tətbiqi mövcud olmayacaq. Lakin Richard Yu öz tətbiq mağazalarından istifadə edilə biləcəyini söyləyib. “Huawei App Gallery” hazırda “Huawei”nin cihazlarında quraşdırılıb lakin istehlakçılar adətən “Google Play Store”dən istifadə edir.

“Biz bunu etmək istəmirik, amma ABŞ hökuməti bizi bunu etməyə məcbur edir. Bu cür sanksiya yalnız bizim üçün deyil, ABŞ üçün də pis olacaq, çünki biz ABŞ bazarını dəstəkləyirik”deyə Riçard Richard Yu bildirib.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır