Google yemək sifariş xidmətini təqdim edir

  • 25 May 2019

“Google” onlayn ərzaq sifarişi funksiyasını aktivləşdirməyə  hazırlaşır.

Chip.az xəbər verir ki, sistem mövcud  “Google” xidmətlərinə inteqrasiya olunacaq.

Şirkət  “Google” axtarış və xəritələr  vasitəsi ilə birbaşa sifarişi mümkünləşdirən sistem üzərində işləri tamamladı. Digər tərəfdən “Google”nin məşhur qida şirkətləri ilə əməkdaşlıq edəcəyi gözlənilir. Sifariş sistemi “Google” vasitələrinə daxil ediləcək və ödənişi “Google Pay” üzərindən etmək mümkün olacaq.

 

Google, Yemek Sipariş Servisini Tanıttı ile ilgili görsel sonucu

 

Yaxın zamanlarda “Google” xidmətinə daxil olan restoranları axtararkən və ya bu restoranlara xəritədə baxarkən  “online sifariş et” bildirişi gələcək.

Bu xüsusiyyət səs köməkçisi üçün də istifadə edilə bilər. “Hey restoranıdan yemək sifariş et” dediyinizdə köməkçi sizin üçün yemək sifarişi edəcək. Hətta bu xüsusiyyətə  “Həmişəkindən” deyərək  mütəmadi olaraq sifariş verdiyiniz yeməkləri menyuya daxil olmadan istəyə bilərsiniz.

 

 

Xidmətin necə fəaliyyət göstərəcəyi və hansı ölkələrdə fəal istifadə ediləcəyi hələki məlum deyil. Google böyük servisləri sisteminə inteqrasiya etməyə çalışır.

ABŞ texnologiya nəhənginin ilk mərhələdə tərəfdaşları arasına böyük sifariş platformaları və iaşə xidmətləri daxildir. Ümid edək ki, ölkəmizdə yerləşən böyük iaşə xidmətləri  də bu servisə daxil olacaq. Layihənin nə qədər müvəffəqiyyətli olacağı gələcəkdə bərabər görəciyik.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır