Amerikanın avtomobil nəhəngi “Ford” süni intellektli robotlar üzərində çalışır.
Chip.az xəbər verir ki, “Agility Robotics” ilə əməkdaşlıq edən “Ford”un robotu bir insan kimi hərəkət edir. Nəqliyyat vasitələrində paketləri daşıyan “Digit” adlı robot sahiblərinə daha çox kömək etməyi planlayır.
“Ford” və “Agility Robotics” tərəfindən hazırlanan “Digit”

Fərqli bir dizayna sahib “Digit” normal insanlar kimi gəzə bilir. Hər hansısa səyahətə getdikdə qatlanaraq yığıla bilən robotu sonradan normal ölçüsünə qaytarmaq mümkündür. “Digit” 20 kiloqrama qədər yükləri daşımağı və nərdivanları çıxmağı bacarır. Rəqəmsal süni intellekt texnologiyası sayəsində insanlarla evlərinin qapısına gedə və yükə zərər vermədən sahibinə təhvil verə bilir.
Bütün bu xüsusiyyətlərə əlavə olaraq “Digit” kargo şirkətlərini kədərləndirəcək özəlliyə də sahibdir. Beləki sözü gedən robot kargonu əldə edərək sürücüsüz nəqliyyat vasitələri ilə əlaqə qurub lazımi ünvana çatdıra biləcək. Ünvana çatan zaman isə baqaj bölməsi açılır və yük “Digit” tərəfindən təslim edilir.
Bu robotun nə zaman istifadəyə təqdim ediləcəyi hələki məlum deyil. Ancaq robotun daha da təkmilləşdirilməsi üzərində işlər aparıldığı bildirilir.
https://youtu.be/WHWciIxNK2c
Aida İSAQ