SpaceX internet peykləri İlə doldurulmuş Falcon 9 raketini buraxdı

  • 24 May 2019

Ötən həftənin çətin cəhdlərindən sonra “SpaceX2  “Starlink” internet peykləri ilə dolu ilk “Falcon 9” raketini buraxa bildi.

Chip.az xəbər verir ki, Elon Muskun xəyallarından biri istənilən hər bir yerdən internetə çıxışı təmin etməkdir. Bunun üçün bir çox peyk atmosferə göndərilməlidir. Musk peykləri raketləri ilə göndərməyə qərar verdi və 60 Starlink peykini “SpaceX”  “Falcon 9” raketi ilə göndərdi.

“Starlink” peykləri planetin səthindən 550 km yuxarıda yerləşdiriləcək. Günəşdən enerji ala biləcək peyklər bütün dünyada internetə çıxış təmin edən bir şəbəkə yaradacaq.

Raketin birinci hissəsi artıq gözləmə gəmisinə təhlükəsiz şəkildə yüklənib. Üçüncü dəfə istifadə edilən raket qalan peykləri atmosferi nəql etmək üçün istifadə ediləcək. “SpaceX” 2020-ci ilin ortalarına qədər 12 min “Starlink” modulunu atmosferə gətirmək məqsədi daşıyır. Beləliklə ən uzaq nöqtələrdə belə 1 Gbit / s-ə qədər internet bağlantısı mümkündür.

Launchdan təxminən bir saat sonra peyklər atmosferdə yerini aldı. İndi peyklər günəş panellərini açacaq və atmosferdə şəbəkə yaratmaq üçün işə başlayacaqlar.

                                                                                                                                                                                                                          Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır