64 meqapiksel kameralı İlk telefon - Samsung Galaxy A70 S

  • 24 May 2019

“Samsung Galaxy” A70S yeni 64 meqapikselli “ISOCELL Bright GW1” modeli ilə istifadəçiləri sevindirməkdə davam edir.

Chip.az xəbər verir ki, “Samsung”un “Galaxy A70” modelləri bu ilin mart ayında satışa buraxıldı. “Infinity-U” ekrana malik  telefonun üç arxa kamerası var idi. İndi telefonun S versiyası gəlir.

Yeni məhsulun ən mühüm fərqlərindən biri kamera sensorudur. A70S modelinin kamerasının 64 meqapiksel olacağı bildirilir. Beləliklə, yeni A70S cihazı dünyanın ilk 64 MP smartfonu olacaq. Şirkətin sözü gedən məhsulu ilin ikinci yarısında buraxması gözlənilir.

 

 

“Samsung” bu ay yeni 64 meqapiksellik kamera sensorunu təqdim etdi. “Bright GW1” adlı sensor həmçinin zəif işıqlı şəraitdə 16 meqapiksel ölçüsündə keyfiyyətli görüntülər çəkə bilir. Bu xüsusiyyətin arxasında isə “Samsung”un təkmilləşdirdiyi texnologiya dayanır.

Son zamanlar “Sony” və “Samsung” şirkətlərinin yüksək keyfiyyətli kameralara malik cihazlar təqdim etdiyinin şahidi olduq.  Çinli istehsalçılar da bu istiqamətdə iddialıdırlar. Bu baxımdan A70S modeli mütləq rəqabəti gücləndirəcək . Avandanlıq baxımından telefonun sələfləri ilə eyni qurğuya malik olması gözlənilir.

 

 

“Samsung Galaxy A70” 6.7 düymlük FullHD + Super AMOLED ekranına və 32 MP ön kameraya sahibdir. Cihazın prosessoru isə 8 GB qədər RAM ilə dəstəklənən Snapdragon 670-dir. Üç arxa kameralı telefonun ekranında barmaq izi oxuyucusu da var.

Telefonun kamera sensoru istisna olmaqla digər özəl xüsusiyyəti demək olar yoxdur. Ancaq “Samsung”un digər dəyişikliklərin olub-olmaması haqqında məlumatları gizli saxlaması da təəccüblü deyil.  Telefonun satışa buraxılacağı dəqiq tarix isə hələki məlum deyil.

                                                                                                                                                                                                                         Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır