BMW-dən Mercedesə maraqlı vidalaşma

  • 24 May 2019
  • 109

Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb.

Chip.az xəbər verir ki, vəzifəsini Ola Källenius-a təhvil verən Zetsche, şirkətin səhmdar yığıncağının ardından işçilər ilə vidalaşaraq Mercedes dəftərini hələlik bağlayıb. Belə ki, Zetsche-nin 2021-ci ildə Daimler-in Məsləhətləşmə Şurasına başçılıq edəcəyi gözlənilir. Məşhur rəhbərə bir vida da, Mercedes-in ən böyük rəqibi BMW-dən gəlib. BMW yaydığı reklam filmində, Zetsche-nin direktor olaraq son gününə yer verib. Reklam filimində Mercedes S Seriyası tərəfindən evinə aparılan Dieter Zetschenin, sonda BMW i8 Roadster-inə minərək sürətli bir şəkildə yola düşdüyü görülür. Bağlanış səhnəsində isə, BMW-nin Zetsche-ə ünvanladığı "uzun illər boyunca ilhamverici rəqabət üçün təşəkkürlər" mesajına yer verilir.

Qeyd edək ki, filmdəki səhnələrdə Zetschenin özü deyil, ona çox bənzəyən bir oyunçu rol alıb. BMW-nin bu "hücumuna" Daimler-in cavabı gecikməyib. Şirkətdən verilən açıqlamada, "Bizcə müdirimiz bunun yerinə (filmdəki i8) gerçək at gücünü seçər. Yenə də təqdiriniz və xoş rəqabətiniz üçün təşəkkürlər" ifadəsi istifadə edilərək Zetsche-nin hibrit mühərrikə malik BMW i8 Roadster istifadə etməyəcəyinə eyham edilib.

https://youtu.be/Y-JkUZGNKYw 

                                                                                                                                                                                                                              Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

25 ildən sonra təyyarələrdə WC-lərdən gələn səs azaldıla bildi

Chip.az bildirir ki, təkrarlanan sınaq səhvləri və iki il ərzində ortaya çıxan üç akademik məqalə nəticəsində elm adamları WC-ləri daha sakit bir sistemlə çal

Goodyear uçan avtomobillər üçün dizayn etdiyi təkərləri təqdim etdi

Godyear maraqlı təkər dizaynları ilə daim diqqət çəkib və sonuncu dizayn uçan avtomobillər üçün nəzərdə tutulub. 

Chip.az bildriir ki, 2019 Cenevrə Avt

Xiaomi Redmi A1 paltaryuyan maşınını təqdim etdi

Chip.az bildirir ki, Xiaomi-nin alt markası Redmi keçirdikləri tədbirdə yeni ağıllı telefonlar - Nota 7 Pro və Redmi 7-i ilə yanaşı kabelsiz qulaqcıq Airdotsu təqdi