Köhnə və dizellə işləyən maşınlara qadağa qoyulur

  • 24 May 2019
  • 347

Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə aməhdudlaşdırılması istiqamətində işlər görülür.

Chip.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.

R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".

                                                                                                                                                                                                                              Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Hakerlər WhatsApp yazışmalarına yol tapıblar!

Chip.Az The Register nəşrinə istinadən verdiyi məlumata görə, bu, istifadəçilərin görüntülü zənglərə cavab verdikləri an mümkün olurmuş. 

HarmonyOS yoxsa, Hongmeng OS: Huawei-nin yeni əməliyyat sisteminin adı nədir?

Google ilə aralarında keçən böyük Android problemindən sonra Huawei dünən HarmonyOS əməliyyat sistemini təqdim etdi. Şirk

“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

Açarın yenilənməsi oktyabrın 11-də koordinasiya edilmiş ümumdünya vaxtı (UTC) ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.  
Chip.az “

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

Chip.az “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, boşluq “macOS

Gmail-in İOS tətbiqinə yeni dizayn gətirildi

Chip.az bildirir ki, Google İOS sitemli Gmail hesabları üçün yeni dizayn təqdim etdi.

Belə ki, Gmail üçün hazırlanan yeni tətbiqin üst hissəsində və interfeysin digər hi