2 gün batareya ömrü olan Nokia 3.2 modeli təqdim edildi

  • 24 May 2019

“Nokia”şirkəti iki günə qədər şarj ömrü olan yeni bir smartfonu “Nokia 3.2”ni rəsmi olaraq təqdim etdi.

Chip.az xəbər verir ki, HMD Global(The home of Nokia Phones) şirkətin giriş seqmentində ən yeni smartfonu olan “Nokia 3.2”ni istifadəyə verdi. Damla şəkilli çərtik dizaynı ilə olduqca yüksək ekran/gövdə quruluşuna malik yeni model şirkətin iddialarına görə 2 günə qədər batareya ömrününə sahibdir.

429 15x x 720 piksel HD + ekranı ilə təchiz edilən telefon Qualcomm Snapdragonundan güc alır. 2 GB və 3 GB RAM tutumlu chaz iki yaddaş saxlama variantını təklif edir: 16 GB və 32 GB.

“Nokia 3.2” modelinin xüsusiyyətləri:

Qualcomm Snapdragon 429 prosessoru

2GB / 3 GB RAM, 16GB / 32GB yaddaş saxlama

6,26 düym 1520 x 720 piksel HD + TFT ekran

13MP, f / 2.2 arxa kamera

5MP, f / 2.2 ön kamera

WiFi 802.11 b / g / n, Bluetooth 4.2

Android 9.0 Pie əməliyyat sistemi

4000 mAh batareya

Qara və polad olmaqla iki rəngdə təqdim ediləcək “Nokia 3.2” modelinin 2 GB RAM versiyası 128,71 dollara, 3 GB RAM versiyası isə 154,61 dollara təklif olunur. Vergilər bu qiymətlərə daxil edilmir.

                                                                                                                                                                                                                         Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır