Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

  • 22 May 2019
  • 27

Chip.az xəbər verir ki, məqsəd kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılmasıdır. Tədbir iki sessiyadan ibarət idi.

Seminarın birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən "Kibermühitdə təhdidlər, hücumlar və müdafiə yolları" mövzusunda və "Azercell Telecom" MMC tərəfindən "Fraud" ilə bağlı məlumatlılıq" mövzusunda məruzələr dinlənilib.

Seminarın ikinci sessiyasında "Microsoft Azərbaycan" şirkəti tərəfindən "Müasir kibertəhlükəsizlik" mövzusunda, "Penteston" şirkəti tərəfindən isə "Serverdə təhlükəsizlik/Serversiz dünya" mövzusunda məruzələrlə çıxışlar edilib.

Tədbirdə gənclər gündəlik istifadə etdikləri qurğuların kibertəhlükələrdən mühafizəsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları haqqında məlumatlandırılıb. Onlar informasiya sistemlərinə edilən müdaxilələrin qarşısının alınması ilə bağlı maarifləndirilib və kiberhücumların nəticələri, təhlükəsizlik tədbirləri haqqında danışılıb. Bildirilib ki, ziyanverici proqramlar hədəf qurğularda məlumatları oğurlamaq, silmək, sistemi sıradan çıxarmaq, işi ləngitmək xüsusiyyətinə malikdir.

Təqdimatla çıxış edən mütəxəssislər ilə gənclər arasında eyni zamanda praktik məsələlərə əsaslanan kibertəhlükəsizlik həlləri üzrə interaktiv sual-cavab sessiyası təşkil olunub. Müzakirələrdə ictimai fəal gənclər və gənclər təşkilatlarının məsul nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, "Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı" Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" və "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı", eləcə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda kibertəhlükəsizlik, habelə gənclərin maarifləndirmə səviyyəsinin artırılması sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Şəhərlərarası telefon kodları

Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılmışdır

2018-ci ildə Binge-Watch edilən 10 serialın adı məlum oldu

Öncədən qeyd edək ki, istənilən serialın ən azı 1 sezonunu bir dəfəyə oturub, izləmə terendi Binge-Watch son zamanlar daha çox yayılıb. Bu izləyicilərin ya vax

Huawei yeni əməliyyat sistemini təqdim etməyə hazırlaşır

Çin texnologiya nəhəngi Huaweidən ABŞ əməliyyat sistemi Androidin təqdim edəcəyi HongMengOSun artıq istifadəyə hazır olduğunu bildirib.

Chip.az

Klaviaturadakı bu iki xəttin mənası nədir? - FOTO

Kompüter klaviaturasındakı "F" və "J" hərflərinə diqqət etdinizmi?

Chip.az xəbər verir ki,düymələrin üzərində kiçik, qabarıq bir xətt var. Hətta se

Günə 1000 dollar qazanan youtuber: Makenna Kelly

YouTube təkcə böyüklər üçün deyil, gənclər və hətta uşaqlar üçün də bir iş platformasına çevrilib.

Chip.az bildirir ki, ASMR videoları ilə maraq oya