Chip.az xəbər verir ki, bəzilərinin çox sevdiyi digərlərinin isə qəbul etmədiyi TikTok proqramının istehsalçısı Feiliao forum və birbaşa mesaj xüsusiyyətlərini birləşdirən yeni sosial media tətbiqini istifadəyə verdi. Feiliao (ingiliscə Flipchat) App Store-da sosial media tətbiqi kimi tanınır. İstifadəçilər münasibətlərdən tutmuş populyar TV seriyallarına qədər müxtəlif mövzularda söhbətlər edə bilərlər.

“Feiliao”da iki növ söhbət qrup var: açıq və normal qruplar. Normal qruplar forum üslubunda işləyir. Bir çox insanlar bir mövzu ətrafında öz fikirlərini ifadə edə bilər. Və qrup üzvlərinin sayına məhdudiyyət tətbiq olunmur. Normal qruplar isə özəl söhbətlər qruplarıdır. Eyni zamanda 100 istifadəçi məhdudiyyətinə malikdir. Bundan əlavə, qrup təsisçiləri avtomatik olaraq idarəçi olur və qrupdakı üzvlərə moderatorluq verə bilirlər.
Proqramın istifadəyə verilməsi hələ erkən mərhələdə olduğundan App Store-dan tətbiqi yükləmək bir az çətindir. Axtarışa “Feiliao” açar sözünü yazdıqda Bytedancenin tətbiqetməsi birbaşa siyahıda çıxmaya bilər. Tətbiqi görmək üçün “Feiliao Xingqu” kəliməsini axtarışa vermək lazımdır.
Aida İSAQ