Huawei problemində Azərbaycan üçün təhlükə varmı?

  • 21 May 2019
  • 48

Bir neçə gündür ki, Huawei şirkəti ABŞ sanksiyaları ilə üzləşib. ABŞ onu telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Ümumiyyətlə uzun illər idi ki bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. Huawei-in milyardlarla marketinq siyasəti və ucuz məhsul satması da hökumətin dəstəyilə olduğu bildirilirdi. Şirkət də bunu təkzib edirdi. Belə görünür ki ABŞ hökuməti artıq bunu isbat edib"

Chip.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert mövcud vəziyyətin Azərbaycan üçün hansı təhlükələr yaradacağı haqqında da danışıb :

İndi nə baş verəcək?

Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman-zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub.
Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə Huawei öz avadanlıq və proqramları ilə, hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək. Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman ki, bundan sonra Huawe-nin global dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələr və açıqlamalarla N-ci sırada olan bir şirkətə çevriləcək.

Azərbaycan üçün təhlükə varmı?

Bəli var. Bizdə dövlət sektorunda Huawei-nin xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri Huawei məhsulları üzərində oturub. Sanksiyalar hələlik Huawei telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları Huawei bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa nə baş verəcək?Təsəvvür etmək çox çətindir.

Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər.

Xatırlayıram ki, NRYTN yeni qurduğu Data Mərkəz də az qala Huawei-ni nəzarətinə keçirdi. Son anda BestComp şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub.

Nə etməli?

Düşünürəm ki, bu hadisədən sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir. Bildiyim qədər bizdə Huawei ilə daha çox əməkdaşlıq edən Eurodesign və Ultra şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən Huawei təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

İphone XS Maks Qiyməti !

CNBC tərəfindən paylaşılan sızıntı, 6.1-düym iphone 9un 799$ olaraq qiymətləndiriləcəyini göstərir. Bunun yanında 5.8 düym iphone XS iphone X 999$ və 6.5 düym iphone XS Maks 10

OnePlus 7-nin batareyası gücləndirildi

OnePlus 7 bir daha yenilənir. Keçən ay təhlükəsizlik yeniləmələri ilə aşkar edilə bilən sistem boşluqlarını bağlayan OnePlus 7 rəsmisi bu dəfə Bluetooth, şarj və Wi-F

Əyilə bilən Galaxy X'in yeni şəkilləri sızdı!

Yayılmış yeni sexmlərə əsasən tam açıq vəziyyətdə Galaxy X tamamilə adi smartfona bənzəyəcək. Smartfonun ölçüləri isə o qədər də böy

iPhone XS xüsusiyyətləri

Bu cihazlar arasında iphone X-ın birbaşa davamçısı olaraq qəbul edilən iphone XS cihazının xüsusiyyətlərinə yaxından baxaq.

Gücünü Apple-ın A12 Bionic prosedur aparanda