Huawei Azərbaycan: İstifadəçilər üçün davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik

  • 20 May 2019

Chip.az xəbər verir ki, bu barədə “Report”un ABŞ tərəfindən "Huawei"ə qarşı tətbiq edilən sanksiyaların şirkətin Azərbaycan bazarındakı fəaliyyətinə təsiri ilə bağlı sorğusuna cavab olaraq “Huawei Azərbaycan” şirkətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Huawei” bütün mövcud “Huawei” və “Honor” smartfon və tabletləri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək:

“Dünyada “Huawei” istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsini təmin etmək üçün təhlükəsiz və davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik”.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Çinin "Huawei" şirkətini qara siyahıya salıb. Bu səbəbdən Google, İntel və başqa şirkətlər "Huawei" ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır