Huawei telefonlarında Android və Googledən istifadə məhdudlaşdırılır

  • 20 May 2019

Chip.az xəbər verir ki, bu səbəbdən yeni “Huawei” telefonları tam quraşdırılmış “Android versiyalarını”, “Google”  proqramları və xidmətlərini dəstəkləməyəcək.

ABŞ və Çin Xalq Respublikası arasında baş verən iqtisadi müharibə mobil texnologiya nəhəngi “Huawei”yə böyük təsiri oldu. Reuters-in verdiyi məlumata görə “Google” dünyanın ən böyük ikinci smartfon istehsalçısı “Huawei” ilə ortaqlığını ləğv etdi.

“Google” və “Huawei”arasında olan bu əməkdaşlıq bütün “Google” avadanlıqları,proqram təminatı və texniki xidmətlərdən istifadəni əhatə edirdi. Ancaq hazırda “Huawei” gələcəkdə satışa təqdim ediləcək smartfonlar üzrə açıq mənbə lisenziyaları olan “Android” versiyaları istisna olmaqla “Android”in tam hüquqlu bir versiyasını istifadə edə bilməyəcək.

Üstəlik “Huawei” telefonlarında “Android” əməliyyat sisteminin rəsmi proqram mağazası Play Store də olmayacaq. Həm də “YouTube” və “Gmail” kimi məşhur xidmətlər əlçatmaz olacaq. “Google” bu qərarı ABŞ-ın “Huawei””ni qara siyahıya əlavə edəndən sonra verdi. Bu qara siyahı “Huawei”nin “Qualcomm”, “Intel” və “Google2 kimi şirkətlərlə iş görməsini maneə törədir. Qərardan sonra “Google” hərəkətə keçən ilk şirkət oldu.

huawei android

Qərarın Amerika şirkətini “Huawei” ilə əməkdaşlığını əngəlləsə də bütün smartfon sənayesinə təsir göstərə bilər. “Android” əməliyyat sisteminə və “Google” xidmətlərinə daxil olmayacaq “Huawei” telefonlarının Avropa, Asiya və digər bazarlarda satış səviyyəsinin necə olacağı məlum deyil. “Huawei”nin satışının azalması isə digər şirkətlər üçün qapıları açır.

Sonda qeyd etmək lazımdır ki, “Google” və “Huawei” arasında bu fasilənin gələcək “Huawei” smartfonlarına təsir edəcəyi gözlənilir. Mövcud “Huawei” telefonlarının tətbiq yeniləmələri almaq üçün “Google”dən icazə almaq məcburiyyətində deyil. Bundan başqa  “Android” versiya yüksəltmələri və təhlükəsizlik yenilikləri üçün bu keçərli deyil.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır