WhatsApp casus proqramı məhkəməyə verildi

  • 20 May 2019

Chip.az xəbər verir ki, kiber kəşfiyyat texnologiya şirkəti olan NSO Group  tərəfindən yaradılan "Pegasus" casus proqramının Beynəlxalq Amnistiya işçilərinin məlumatlarını ələ keçirdiyi və insan haqqları müdafiəçilərinə nəzarət etmək üçün istifadə etdikləri iddia olunur.

"Pegasus" proqramı “WhatsApp” vasitəsilə mobil telefonlarda idarəetməni ələ keçirir.  Telefonu bir dinləmə cihazına çevirən proqram məlumatları kopyalayır. Ümumilikdə NSO Group kimi şirkətlərin müştəriləri terrorizmə və ciddi cinayətlərə qarşı mübarizə aparmaq istəyən hökumətlərdir. Ancaq casus proqramın yaradılması beyinlərdə bir qədər şübhə yaratdı.

Beləliklə "Pegasus" proqram təminatı məhsulun mənfi yöndə istifadəsini həyata keçirməkdə təqsirləndirilir.

Beynəlxalq Amnistiya  qurumunun məhkəmədə verdiyi ifadələrə görə casus proqram insan hüquqları müdafiəçiləri üçün xüsusi hazırlanmışdır.

Məhkəmə NSO Groupdan proqramın qanunsuz istifadə istifadəsini həyata keçiridyi üçün ixrac lisenziyasını ləğv etməyi tələb etdi. Məhkəmə ayrıca olaraq “NSO Group”un insan haqqları pozuntularını araşdırmadığını, gözardı etdiyini və məlumatları satmağa davam etdiyini əlavə edib.

Qeyd edək ki, bu NSO Groupun məlumatlara nəzarət eməkdə iddia edildiyi ilk məhkəmə  deyil. “New York Times”in apardığı araşdırmada Səudiyyə Ərəbistan jurnalisti Cemal Kaşıkçının öldürülməsində də "Pegasus" proqramının rol oynadığı bildirilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır