Starlinkin uçuşu yenidən təxirə salındı

  • 18 May 2019

Əsas məqsəd  orbitdə yerləşəcək minlərlə internet peyklərinin dünyanın hər yerində insanları naqillərsiz internet əlaqəsi ilə təmin etməkdir.

Chip.az xəbər verir ki, “Starlink” layihəsində ilk məqsəd 60 peykin orbitə yerləşdirilməsinə nail olmaq idi. Çərşənbə günü göndəriləcək olan “Falcon 9” raketi hava şəraitinin uyğun olmaması səbəbindən təxirə salınır. Növbəti gün yola düşəcəyi gözlənilən raketin peyk  proqramının yenilənməsi və son missiya nəzarətini yoxlamaq məqsədi ilə yenidən  təxirə salınır.

60 Adet Starlink Uydusu

“SpaceX”:

"Biz peyklərin proqram təminatının yenilənməsini və hər şeyin düzgün olduğunu yoxlamaq üçün gözləyirik. Yerdə görə biləcəyimiz bütün işləri dəqiqliklə etmək istəyirik. Növbəti uçuş 1 həftə ərzində reallaşacaq”

Əlbəttə ki, yerdən yüzlərlə kilometr uzaqlıqda minlərlə peykə nəzarət edilməsi tamamilə dəqiq olmalıdır. Ümid edək ki, 1 həftəlik bir müddətdə keçirilməsi planlaşdırılan missiya bu həftə müvəffəqiyyətlə həyata keçiriləcək və canlı yayımlarını izləyərik.

“Starlink” layihəsi  haqqında bəs siz nə düşünürsünüz? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz:

https://bit.ly/2NkIche

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır