Chip.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilir.
“Əgər ölkələrə xallar onların təmsilçilərinin digər dövlətlərin sakinləri tərəfindən nə qədər aktiv axtarılmağına əsasən verilsəydi, siz artıq elə bu gün “Google Axtarış”ın istifadəçilərinin versiyasına görə kimin qalib gələcəyini öyrənə bilərsiniz”, - deyə şirkətin yayımladığı xəbərdə bildirilir.
Tərtib olunmuş reytinqə əsasən, qalib olmağa daha çox şansa Fransa təmsilçisi Bilal Hassani malikdir.
İkinci və üçüncü yerlərdə islandiyalı qrup “Hatari” və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.
Bundan savayı, ən yaxşıların onluğunda Hollandiya, Belorus, İsveçrə, İtaliya, San-Marino, İsveç və Kipr təmsilçilərinin adları çəkilir.
Chip.az