Çin hökuməti Wikipediaya girişi əngəllədi

  • 18 May 2019

Chip.az xəbər verir ki, bu dəfə giriş maneələrinin sərhədləri bir qədər genişlənib. Belə ki, ölkə daxilində bütün dillərdə xidmət göstərən “Wikipedia”nın bütün dillərə girişi əngəllənib.

Uzun illər Çin hökuməti “Wikipedia”ya müxtəlif yollarla qadağalar tətbiq edirdi. OONI-nin son yayımlanan məlumatlarına görə, aprelin 25-dən etibarən “Wikipedia”nın bütün dillərdə olan səhifələri bağlanıb.

Çin hökumətinin bu addımı hansı səbəbdən atması barədə heç bir açıqlama verilmir. Ancaq Tiananmen Meydanı hadisələrinin 30-cu ildönümündən əvvəl tətbiq olunması bəzi suallara cavab verir.

Çin hökuməti “Wikipedia”nın müəyyən səhifələrini blok edə bilirdi. Daha sonra “Wikipedia” təhlükəsiz bir əlaqə protokolu olan HTTPS sisteminə keçdikdə müəyyən bir səhifəni bağlama imkanı qalmadı. Bu səbəbdən Çin hökumətinin bütün səhifəni bir dəfəlik əngəlləmək qərarına gəldiyi ehtimal olunur.

Vətəndaşlar sayta müxtəlif yollarla daxil olmaq üçün çalışırlar. Ancaq bu zaman istifadə olunan DNS giriş və SNI filtrləmə üsulları bu kimi əlaqələrə daxil olmağa icazə vermir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır