Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

  • 18 May 2019

Chip.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% artıb.

Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır.

Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır