Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar

  • 18 May 2019
  • 41

Chip.az xəbər verir ki, alimlər tərəfindən hazırlanan “uçan balina” adlı bir mini robot bədənimizə daxil olur və dərmanları doğru yerlərə aparır. Xüsusilə xərçəng xəstələri üçün maraqlı olan bu robot hədəf alınan xərçəng hüceyrələrinə doğru hərəkət edərək dərman paylaşımını həyata keçirir. Dəyişkən ölçülərdə yetişdirilən robotların ölçüləri millimetrlərlə ifadə olunur.

Hong Kong şəhər universitetində çalışan alimlər tərəfindən hazırlanan uçan balina açılıb bağlanan qanadlara və quyruğa malikdir. Bu xüsusiyyət sayəsində uçan balina qan içində sərbəst hərəkət edə bilər.

3D printerləri istifadə edərək hazırlanan uçan balinanın bədəni plastik bir quruluşa malik deyildir. Uçan balinanın quyruğu Kardiyomiyosit hüceyrələrlə (ürək əzələsi hüceyrəsi) örtülüdür. Bu da quyruğa hərəkət etməyə imkan verir. Uçan balinanın qanadlarında işığa həssas hidrojeldən istifadə edilmişdir. Bu hidrojelin köməyi ilə qanadların mövqeyi dəyişir.

Uçan balina necə işləyir?

Vücudumuzdakı xərçəng hüceyrələri infraqırmızı işıq ilə işıqlandırılır. Uçan balina burada infraqırmızı işıqdan təsirlənərək hidrojelin köməyi ilə qanadlarını bükür. Quyruqda olan ürək əzələsinin qüvvəsi qanadların bükülməsi ilə meydana gələn sürtünmə qüvvəsini aşa bilməz. Beləliklə bu kiçik robot hərəkətsiz qalır və dərmanı həmin bölgəyə buraxır. Mövzuyla bağlı açıqlama verən dosent Zi Chen bu vəziyyəti əl əyləci olan bir vasitənin sürətləndirici pedalına basmağa bənzədir. Testlərdə müvəffəqiyyətli olan bu robotun qanadlarının ayrı-ayrı bükülə bilməsi üçün çalışan alimlər beləcə robotun hərəkətliliyini artırmağı hədəfləyirlər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

Maşını dayanacaqdan qaçırıldı - Bakıda oğurluq

Chip.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, ötən gün Bakı şəhər sakini Əliş Mustafay

Tesla şirkəti reaktiv mühərrikli elektromobilin testinə hazırlaşır

  İdman elektromobili olan Tesla Roadster-in satış tarixinin məlum olmasından 1 ay sonra Elon Musk öz Twitterhesabında yeni iddialı elektromobil modelinin testi barəsində m

BMW i4-ün bəzi xüsusiyyətləri açıqlandı

Belə ki, elektrik enerjisi ilə çalışan avtomobil bazarında söz sahibi olmağı planlaşdıran BMW bu məqsədlə 2025-ci ilə qədər 12 fərqli bu tip avtomobillər iste

Kia, istifadəçinin duyğularına uyğun salonun dizaynını avtomatik dəyişə biləcək

Chip.az bildirir ki, növbəti ay keçiriləcək CES Electronics Show, bir çox şirkətə ev sahibliyi edəcək və bir çox yeni texnoloji yeniliklərin təqdi

Volkswagen yeni avtomobil modelinin adını açıqlayıb

Chip.az xəbər verir ki, bütün avtomobil istehsalçıları kimi Alman texnologiya nəhəngi “Volkswagen” də elektrik enerjisi ilə çalışan maşınlara keçid edir.  B