Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

  • 18 May 2019
  • 41

İlk Beynəlxalq Teleqraf Konvensiyasının (1865) imzalanması və Beynəlxalq Telekommunikasiya İttifaqının (1969) yaranması da məhz bu günə təsadüf edir. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır.

Chip.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu gün keçirdiyi tədbir də bu mövzuya həsr olunub.

Tədbiri giriş sözü ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu günün əhəmiyyətini qeyd edib. Standartlaşdırma üzrə fərqliliyin aradan qaldırılmasının İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” 2016-cı ildə təsdiq olunub.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciəti diqqətə çatdırılıb.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu”, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutmuş “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın yekunlarına görə, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası, 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3” komandası, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J” komandası, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandası layiq görülüb.

Qaliblər (I-IV yerlər) “Azercell” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılıb.

İnformasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 standartı əsasında təlim keçən 15 nəfərə sertifikatlar təqdim olunub.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Microsoftdan Kabelsiz Ultra Sürətli Batareya

Microsoftun ilk Surface cihazı demək olar ki, altı il əvvəl bazara çıxarıldı. O zamandan bu yana, Surface seriyası altı fərqli məhsul sırasına çıxdı. Surface Go isə ailəyə ə

İnstagram artıq IGTV videolarını ana səhifədə də yayımlayacaq

Chip.az bildirir ki, 10 dəqiqəlik video yayım imkanı verən IGTV tətbiqi artıq ana səhifədə digər paylaşımlar kimi yayımlana biləcək.

YouT

Blockchain sistemi xərçəng xəstələrinə kömək edəcək

Blockchain sistemindən istifadə etməklə xərçəng xəstələri ehtiyacları olan dərmanları daha rahat əldə edə biləcəklər.

ichip.az 

Nəhayət Facebook Onavo VPN tətbiqindən istifadəni dayandırır

Chip.az bildirir ki, bu yolda atılan addımlardan biri Onavo VPN tətbiqini Google Play Store-dən çıxartmaqdır.

Qeyd edək ki, Onavo proqramı

3 Dmark Nəticələrinə Görə Core i 9-9900 K, Ən Güclü Prosedur Aparan Adını Ələ Keçirəcək!

3DMark çıxışı ilə AMD-nin Ryzen 7 2700X və Intel-in Core i7-8700K prosedur aparan daha yüksək xal almağı bacaran 9-ci nəsil Core i9-9900K prosedur aparanı, bazarı sanki bulamağa gəl