Batmanı Robert Pattinson canlandıracaq

  • 17 May 2019

Chip.az xəbər verir ki, ən son Ben Affleck tərəfindən canlandırılan obraz haqqında müzakirələrə son qoyuldu. Belə ki, sözü gedən xarakterin Robert Pattinsonun ixtiyarına veriləcəyi elan edilib. Sonrakı Batman filmini yazacağı və idarə edəcəyi gözlənilən Affleckin layihədən ayrılmasından sonra yeni bir komanda yaradılmışdır. Affleck şəxsi səbəblərdən dolayı layihədən ayrıldığını bildirib.

Rejissor Matt Reeves filmin senarisinin Batmanən  ilk dəfə ortaya çıxdığı zamanlara fokuslanacağını açıqlamışdı. Batmanın dünyanın ən yaxşı dedektif olduğunu ancaq bunun əvvəlki filmlərdə ön plana çıxarılmadığını qeyd edən Reeves noir üslubunda və Batmannın dedektiflik qabiliyyətinə yönələn bir film çəkiləcəyini vurğulayıb.

Bu ilin sonlarında çəkilişlərinə başlanılacaq filmdə digər yer alacaq aktyorların adlarıda yaxın zamanlarda elan olunacağı gözlənilir.

Məlumatlara görə Pattinson hələ müqaviləni  imzalamayıb və aktyor Nicholas da Hoult Batman rolunu canlandırmağa namizəd olması ehtimalı var.

Reevesin sözlərinə görə film Aquaman, Joker və Shazamdan çox fərqli olacaq. Yeni Batman filmi 2021-ci il iyunun 21-də təqdim olunacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır