Epic Games Store böyük endirim kompaniyasına başladı

  • 17 May 2019

Chip.az xəbər verir ki, sözü gedən şirkət  bu gün ilk böyük endirim kompaniyasını  tətbiq edib. Belə ki, bu gündən etibarən “Epic Mega Sale” adlanan endirim 13 İyuna qədər davam edəcək. “Epic Mega Sale”  boyunca 75% -ə qədər endirimlər təklif olunacaq. Bundan əlavə 13,15 dollar təşkil edən hər oyun 9,86 dollara təklif olunacaq. Bu endirimli alış-verişin təsisçilərə heç bir əlavə gəlir gətirməyəcəyi də bildirilib.

Demək olar ki, “Epic Game Store”da yerləşdirilən hər oyun endirim kompaniyasına daxil olacaq. Hətta pre-satış oyunları da endirimli qiymətlərlə təqdim olunacaq. “Control”, “John Wick Hex”, “Trover” kimi oyunlar mövcud bazara buraxılmadan öncəböyük endirimlərlə satılacaq. Bu xəbər oyun həvəskarları üçün olduqca mükəmməl təkliflərdən oldu.

“Epic Store” hər iki həftədən bir yeni pulsuz oyun təqdim edirdi. Endirim dövründə isə hər həftə pulsuz bir oyunun təklif ediləcəyi açıqlanıb. Pulsuz oyun təqdimatı “Stories Untold” ilə start götürəcək. Digərlərinin adları da qısa zamanda açıqlanacağı bildirilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır