Space X-ın uçuşu təxirə salındı

  • 17 May 2019

Chip.az xəbər verir ki, Elon Muskun təsisçisi və baş icraçı direktoru olduğu “SpaceX” tərəfindən hazırlanan “Falcon 9” raketi şirkətin ultra sürətli internet layihəsini gerçəkləşdirəcək peyklərini (Starlink) orbitiə göndərmək üçün hazırlıqlarını tamamladı. Ancaq hava şəraitinin uyğun olmaması uçuş tarixinin  17 maya keçirilməsinə səbəb oldu.

Floridada Cape Canaveral Hava Qüvvələri Stansiyasında (CCAFS) Space Launch Kompleksindən havaya qalxacaq peyklərin “Falcon 9 Blok 5” raketiyle 550 kilometrlik yüksəklikdəki orbitdə olmağı nəzərdə tutulub.

"Falcon 9" raketi bununla 71-ci uçuşunu gerçəkləşdirəcək. Bu 2019-cu ildə "SpaceX"ın həyata keçirdiyi 6-cı layihəsi olacaq.

"Space X”ın Əməliyyatlar Şöbəsinin sədri Gwynne Shotwell  "Satellite 2019" konfransında bir sıra “Starlink” test peyklərinin antenalar və elektrik ötürücü sistemlərinə sahib olacağını qeyd  edərək peyk daxili əlaqənin olmayacağını bildirib. Bu uçuş sonrakı uçuşlar üçün paylaşdırma strategiyasını sınaqdan keçirmək məqsədi daşıyacaq.

Layihənin tamamilə məqsədinə çatması üçün 420 peyk orbitə yerləşdirilməlidir. İlk funksional peyklərin isə 2020-ci ildə işə salınması gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır