Lilium şirkətinə məxsus ilk uçan taksi (Video)

  • 16 May 2019

Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələri son illərin ən məşhur məhsullarından biridir. Elektrik enerjisi ilə işləyən avtomobillər gündəmdə olsa da, aviasiya sahəsində də bu istiqamətdə olduqca fərqli və maraqlı işlər aparılır. Bu siyahıya elektriklə hərəkət edən kiçik təyyarələr, uça bilən digər cihazlar daxildir.

Chip.az xəbər verir ki, “Lilium” şirkəti də 2016-cı ildən etibarən bu sahədə fəaliyyət göstərən qurumılardan biridir.  Adı çəkilən şirkət beş nəfərə qədər şəxsin yerləşə biləcəyi bir elektrik vasitəsinin istehsalı ilə məşğul olur. Şirkət bu istiqamətdə əhəmiyyətli bir addım atdı və ilk dəfə “Lilium” vasitəsinin  tam ölçülü prototipini hazırlaya bildi.

Alman şirkəti Avropa Kosmik Agentliyinin inkubasiya proqramının təşəbbüsü olaraq şəhər nəqliyyatı üçün təmiz və effektli həll yolu tapmağı hədəfləyirdi. Əlbəttə ki, bu problemin tək həlli yolu yoxdur. Amma “Lilium”un yanaşması olduqca diqqətəlayiqdir. Telefonla çağırılacaq uçan bir taksi əhəmiyyətli layihələrdən biri kimi düşünülür.

Vasitə şəhərlərdə və müəyyən bölgələrdə quraşdırılacaq müvafiq ərazilərə düşəcək. Beləliklə sərnişinlər istədikləri nöqtəyə şəhər trafikindən uzaqlaşaraq rahat şəkildə çata biləcəklər. Ayrıca olaraq karbon qazını ətrafa yaymaması  vasitənin özəlliklərindən biridir. Bu cihazların vasitəsi ilə səyahət çox qısa müddətdə davam edəcək. Məsələn avtomobil ilə  55 dəqiqəyə gedilən yola  bu cihaz sayəsində yalnız 5 dəqiqə sərf etmək lazım olacaq.

İzlənilə bilən bir enmə cihazına,  xüsusi nəzarət mexanizminə malik vasitə təyin edilmiş ərazilərdə hava axınını yönəltməklə vertikal qalxmanı həyata keçirir. Vasitənin bir dəfə enerji ilə təmin olunması sayəsində hazırda qət edə biləcəyi maksimal məsafə 300 km-dir. Maksimal sürəti  də eyni şəkildə 300 kilometr olaraq gerçəkləşir.

Şirkət 2017-ci ildə havada vertikal və şaquli manevr edə bilən iki nəfərlik bir vasitəsi ilə 90 milyon ABŞ dolları məbləğində sərmayə almağa müvəffəq olmuşdur.  Hazırda isə avtomobilin son təqdimatı ilə demək olar ki, vasitənin hazır olduğunu göstərdi.

Lilium 2025-ci ilə qədər şəhərlərdə uçan taksiləri n çoxalacağına ümid edir. Gələcəkdə şirkət uçan taksilərin müntəzəm taksilər kimi eyni qiymətlərlə istifadəsini nəzərdə tutur. Ancaq mülki aviasiya agentliyinin buna nə dərəcədə müsbət rəy verməsi sual altındadır.

Aşağıdakı videoda tam ölçülü Lilium uçuşunu izləyə bilərsiniz:

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır