Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

  • 16 May 2019
  • 44

Chip.az xəbər verir ki, tədbirdə tələbələrə dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma, Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkəti tərəfindən icra edilən “Azerbaijan Digital Hub” proqramı və onunölkəmiz üçün üstünlükləri, rəqəmsallaşma dövründə gənclərin təhsili vəkaryera seçimibarəsində faydalı fikir mübadiləsi aparılıb.

“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxışında rəqəmsallaşma şəraitində gənclərin qarşısında mühüm imkanların açıldığını bildirib, ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barəsində ətraflı danışıb. Fuad Allahverdiyev “Digital HUB” proqramının ölkə iqtisadiyyatı, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı üçün yaradacağı imkanlardan bəhs edib, İT sahəsi üzrə ölkədə gənc kadrlara böyük tələbatın olduğunu, “Digital HUB” proqramının əsas məqsədlərindən birinin də məhz İT sahəsində yerli kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması, ölkədən beyin axının qarşısının alınması olduğunu qeyd edib. O ixtisaslı kadrların yetişdirilməsi üçün özəl sektorun təhsil müəssisələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər - Azərbaycan Texniki Universitetinin kaferda müdiri, professor Mehman Həsənov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Bəxtiyar Bəxtiyarov,tanınmış biznes kouç, təlimçi və həkim-psixiatr Həlimə Qəmərlinskaya, tədbirin moderatoru, kollecin müəllimi Oqtay Əliyev və insan resurslarının idarə edilməsi sahəsində digər tanınmış ekspertlər İKT sahəsində müasir trendlər, tələbələrin düzgün ixtisas seçimimövzularında danışıblar, həmçinin kolleclə “AzerTelecom” şirkəti arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

İshan Goel rekord qıran yumurtanın niyə bəyənildiyi sualını cavabladı

Beləki, 4 yanvar İnstagram-a yüklənmiş bir yumurta fotoşəkili dünyanın ən böyük platformasındakı bütün paylaşımları geridə qoyaraq rekord bəyənmələr qazandı və hələdə

Apple-ın ilk kompüterinə aid 40 illik istifadə kitabçası təəccüblü qiymətə satışa çıxdı

Texnologiya nəhəngi Apple, günümüzdə sektora nisbətdə bahalı, ''kolleksiya hissəsi'' qiymətində məhsullar satması ilə tanınır. Ortaya çıxan 40 illik bir

Çinin 1 metro stansiyasında üz tanıma ilə ödəniş etmə sistemi sınaqdan keçirilir

Metrodan istifadə edə bilmək üçün üzünüzü ödəniş vasitəsi kimi istifadə etmək artıq xəyal deyil. South China Morning Post-da yayımlanan məlumata görə, Çinin texnologiya pay

Nəhəng texnologiya şirkətlərinin bir-birindən əyləncəli 1aprel zarafatları

Chip.az həmin paylaşımları sizə təqdim edir:

  • OnePlus Warp Car