Instagram mesajlaşma funksiyasını ləğv edir

  • 16 May 2019

Chip.az xəbər verir ki, fotoşəkil paylaşım mikrobloqu olan Instagram gələn aydan etibarən birbaşa mesajlaşma proqramını aradan qaldıracaq. Burada söhbətlər itməyəcək lakin Instagram tətbiqinə ötürüləcək.

Sosial media sektorunda araşdırma aparan Matt Navara Twitter paylaşımında istifadəçilər “Instagram”a daxil olduqları zaman bir xəbərdarlıq mesajı ilə qarşılaşacaqlarını bildirib. “Instagram” directin də ləğv edilməsi fikri buradan qaynaqlanıb.

“Instagram”ın bu tətbiqi sosial media platformasının populyarlaşması cəhətdən yenilik yaratmadı və bir o qədər də tələbat olduğunu görmədilər. İstənilən halda tətbiqin hansı səbəblərdən aradan qaldırılması barədə heç bir açıqlama verilməyib. Tətbiqin “Facebook Messenger”ə köçürülməsi ehtimalı var.

Direct tətbiqinin 2017-ci ilin dekabrnda Çili, İsrail, İtaliya, Portuqaliya, Türkiyə və Urugvayda sınaqdan keçirilərək istifadəyə verilmişdi.  Daha sonra dünya səviyyəsində yayılması planlaşdırılırdı.

Instagram rəsmiləri dörd il ərzində platformanın bir hissəsi olan mesajlaşma xüsusiyyətinin ayrıca proqram kimi təqdim olunmasının daha effektli olacağını bildiriblər. Hələki bu barədə daha geniş məlumat açıqlanmayıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır