Facebook bu istifadəçilərin hesablarını blok edəcək

  • 16 May 2019

Chip.az xəbər verir ki, ötən ay Yeni Zelandiyada iki məscidə hücum edilib. Təcavüzkar bu anları "Facebook" vasitəsilə canlı yayımlamışdı. 49 nəfərin həyatını itirdiyi bu hücumdan sonra "Facebook" yayım qaydalarını dəyişdirməyi qərara alır. Bundan sonra "Facebook" vasitəsilə canlı yayımlarda qaydalara əməl olunmazsa, istifadəçilər müvəqqəti olaraq əngəllənəcək. Müvəqqəti qadağanın müddəti isə istifadəçinin hansı qaydaların üstündən ötüb keçdiyinə görə müəyyənləşəcək.

Facebook, Canlı Yayın Kurallarını İhlal Eden Kullanıcıların Hesaplarını Engelleyecek ile ilgili görsel sonucu

"Facebook" bu yenilik ilə paralel olaraq süni intellekt üzərində işlər aparılmasını da davam etdirir. ABŞ-ın Cornell və Kaliforniya universitetləri ilə razılaşdırılan müqavilənin nəticəsi olaraq video axınların idarə olunması üçün xüsusi video analiz üsullarının tətbiq olunacağı bildirilib. Müqavilənin “Facebook”a məxsus maliyyə dəyəri 7,5 milyon dollar təşkil edir.

Mövzuyla əlaqədar açıqlama verən "Facebook" Product Management idarə heyətinin rəhbəri Guy Rosen bununla "Facebook" və "Facebook" istifadəçilərinin canlı yayım xüsusiyyətinin təhlükəsizliyini artıraraq insanları mənfi hadisələrə qarşı qorunmaq istədiklərini qeyd edib. Bundan başqa Rosen “Facebook”un daha təhlükəsiz bir platforma olması üçün bir sıra yeniliklərin tətbiq olunacağını da vurğulayıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır