Oppo yeni dizaynlı modellerini təqdim edib

  • 16 May 2019

Chip.az xəbər verir ki, dünən “OnePlus 7” modelinin təqdimatından sonra bu gün də Çin markasına məxsus telefon xəbərləri yayıldı. “Oppo”nun yeni orta seqment telefonu “Realme X” iki fərqli versiyada -  “Garlic Edition” (Sarımsaq versiyası) və “Onion Edition” (Soğan versiyası) təqdim olunub. Telefonların dizaynı  isə Naoto Fukasavaya məxsusdur.

Telefonun xüsusiyyətlərinə nəzər yetirsək ikili sim kartdan, Qualcomm Snapdragon 710 çipindən, 6.53 düymlük FHD + AMOLED ekranından, ekranda quraşdırılmış barmaq izi oxuyucusundan, ikili arxa kamera və sürüşkən ön kamera sistemindən ibarət olduğunu görə bilərik. Eyni zamanda 3.765 mAh batareya, həmçinin 20 W VOOC 3.0 sürətli batareya dəstəyi də mövcuddur. Sürətli batareya sistemi yarım saat ərzində 55% enerji doldurulmasını təmin edir.

Telefonun 16 meqapikselli ön kamerası f / 2.0 diapazon dəyərinə və OnePlus 7  modelində istifadə olunan Sony IMX471 sensoruna malikdir. Telefonun arxa kameralarının əsas sensoru 48 MP, f / 1.7 diapazonundadır.  Və Sony-nin IMX568 sensorundan istifadə olunur. İkincik kamera 5 MP-lik dəyərində f / 2.4 diapazonunu təşkil edir.  Əsas kamera isə 4K 30 fps və ya 720p 960 fps ölçsündə video çəkə bilər.

Telefonların qiymətləri ilə tanış ola bilərsiniz :

4GB RAM, 64 GB daxili saxlama: 217,92 $

8 GB RAM, 128 GB daxili saxlama: 261,53 $

Mavi və ağ rəngdə təqdim olunan telefonun Naoto Fukasawanın müəllifi olduğu “Sarımsaq” və “Soğan” modelləri 100 dollar daha bahadır. 20 Mayda Çində satışa çıxarılacaq telefonun Avropada da satışa təqdim ediləcəyi gözlənilir. Ancaq sözü gedən modellərin Çin xaricində satışa təqdim ediləcəyi hələki dəqiq deyil.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır