Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

  • 16 May 2019
  • 63

Chip.az xəbər verir ki, o, bunu, pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə etdi. Bu təcrübənin məqsədi - əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. “Kaspersky Lab”, istifadəçiləri ağıllı cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür.

"Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına yönəldir. Yalnız mənfəəti güdərək şirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğulara böyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər"- bunu “Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib.

"Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunu asanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərlihücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar.” - deyə Ruben Pol bildirib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei Mate 20 Pro rəsmi örtüklərinin içində görüntüləndi!

Huawei-nin P9 seriyası ilə mənimsədiyi dizayn dilini təqib edəcək olan Mate 20 Pro, kələ-kötür bir ekranla gələcək. Ancaq bu nişanın bir az daha böyük olması və telefon dəst

Samsungun Qatlana Bilən Telefonu Noyabr Ayında Çıxa bilər

Ancaq hələ ki, ortada bir cihaz yoxdur.
Qatlana bilən telefonun çıxmağına az qaldı. Samsung Mobile-ın Sədri DJ Koh, çərşənbə günü CNBC-ə verdiyi müsahibədə şirkətin

Xiaomi Black Shark 2 təqdim edildi: qiymət və özəllikləri

Xiaomi, uzun müddətdir gözlənilən yeni oyun telefonu Black Shark 2-ni təqdim etdi. Cihaz istər xüsusiyyətləri, istərsə də dizaynı ilə rəqiblərini geridə qoymağı bacarır

Asus satışa Snapdragon SiP 1 prosessorlu 2 yeni smartfon buraxdı

Chip.az bildirir ki, smartfon sənayesində orta səviyyəli istehsalçılardan biri olan Asus iki yeni smartfon: ZenFone Max Shot Max Plus M2

Samsung, Avqust ayında Android Oreo 8.0 yeniləməsi alacaq cihazları AÇIQLADI

Bir dövr aktual cihazları xaricində qalan telefonlarına əhəmiyyət verməməklə günahlandırılan Samsung, ağıllı telefon istifadəçilərinə jest üstünə jest edərək imicini