Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

  • 16 May 2019
  • 43

Chip.az xəbər verir  ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib.

Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə fabrikin nümayəndələrinə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub.

Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə paytaxt Varşava şəhərində Azərbaycan Respublikasının Milli Açarlarının təhvil verilməsi təmin edilib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

2 gün batareya ömrü olan Nokia 3.2 modeli təqdim edildi

“Nokia”şirkəti iki günə qədər şarj ömrü olan yeni bir smartfonu “Nokia 3.2”ni rəsmi olaraq təqdim etdi.

Chip.az xəbər verir ki, HMD Global(T

“iPhone” pasportu əvəz edəcək

Chip.az “ICTnews”-a istinadən yazır ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İde

“Samsung Galaxy Note 9” smartfonunun qiyməti açıqlandı!

ichip.az “ICTnews”a istinadən yazır ki, keçirilən ilkin brifinq zamanı şirkət nümayəndəsi yeni modelin qiymətinin 4 299 Polşa zlotu