Google uşaqlara düzgün tələffüzü öyrədəcək - Yeni proqram

  • 16 May 2019

Chip.az xəbər verir ki, “Google” az yaşlı uşaqlara oxumağı öyrənməyə kömək etmək üçün nəzərdə tutulan pulsuz  mobil tətbiqi beta etiket ilə istifadəyə verib. Belə ki, “Rivet” adlı proqram uşaqları dinləyərək oxuduqları kitabdakı sözlərin düzgün tələffüzünü öyrədir. Sözü gedən tətbiqetmə uşaqlar üçün mövzu və oxunuş səviyyəsinə görə təsnif edilmiş 2000-dən çox kitab ilə zəngindir.

Uşaqları dinləyərkən səhv bir tələffüz eşidəndə proqram vizual məsləhətlər vasitəsi ilə köməklik göstərir. Beləliklə söz yanlış tələffüz edildikdə yeni bir ekran açılır və sözün düzgün tələffüzü eşidilir. Sonra tətbiq istifadəçinin yenidən cəhd etməsini istəyir. Orfoepik qaydalara doğru şəkildə əməl edildikdən sonra səhifənin qalan hissəsini oxumaq mümkün olur.

Proqramın bu xüsusiyyəti yalnız Android versiyalarında və bəzi kitablarda mövcuddur. Yaxın zamanlarda iOS əməliyyat sistemlərində dəstəklənməsi və yeni kitabların əlavə olunması gözlənilir.

Adı çəkilən proqram gözəl dizaynı və əyləncəli olması ilə uşaqlara oxu vərdişlərini inkişaf etdirməyə kömək edəcək. Zamanla yeni kitabların əlavə olunması və proqramın təkmilləşdirilməsi onun faydalılığını daha daha da artırması gözlənilir.

https://play.google.com/store/apps/details?id=com.area120.studybuddy.sagaflutter&hl=tr 

https://itunes.apple.com/us/app/rivet-by-area-120/id1405632917?mt=8 

Aida İSAQ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır