Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu olacaq

  • 16 May 2019
  • 37

Chip.az xəbər verir ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə baş tutacaq. Forumun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

“Samsung” yeni nəsil saatını təqdim edib

“Samsung” korporasiyası yeni qabaqcıl “Note 9” smartfonunun təqdimatına həsr edilmiş “Galaxy Unpacked” adlı xüsusi tədbir zamanı yeni nəsil “Galaxy Watch” saatları

Böyrək xəstəliklərinin sürətli aşkar edilməsi üçün mobil proqram hazırlanıb

London Kral Hospitalının həkimləri “DeepMind” şirkəti ilə birgə ölümcül böyrək xəstəliklərini orta hesabla 14 dəqiqə ərzində aşkar etməyə imkan verən mobil proqr

TikTok-un sahibi öz telefonunu təqdim etməyə hazırlaşır

“The Financial Times” qəzetində yer alan xəbərə görə, Pekində yerləşən sosial media şirkəti ByteDance içərisində öz tətbiqlərinin,

Serialları filmlər qədər keyfiyyətli edən nədir və ya kimdir? (showrunner)

Bu na səbəb olan showrunner anlayışına və onunla nələrin mümkün olduğuna nəzər salaq.

Chip.az showrunner haqqında məlumatı sizə

iPhone ilə çəkilən ən yaxşı fotolar - 2019

Hər il keçirilən “İPhone şəkil festivalı” mükafatları məlum olub. Yarışmanın 12-ci ilində 140 ölkədən göndərilmiş minlərlə şəkil arasından qaliblər seçilib.