Chip.az xəbər verir ki, bu proses milyon illərdi ki, davam edir və büzülmə səbəbiylə itirilən səth təxminən 50 metrdir. Eyni zamanda Ayın sərt xarici səthinin çatlamasına səbəb olur. Beləliklə Ayda qırılma xəttləri yaranır və bunun nəticəsində planetin səthində zəlzələlər baş verir. Araşdırma ilə bağlı NASA-nın rəsmi saytında tədqiqat üzrə bölmə yaradılıb və “YouTube”də bir video paylaşılıb. Saytda yerləşdirilən məlumatda Ayda müşahidə olunan bu vəziyyət üzüm dənəsinə bənzədilir. Üzüm dənəsinin qurumağa başlaması ilə tədricən kiçilməsi hazırda Ayda baş verən proseslərlə eyniləşdirilir.

NASA “Apollon 11”, “Apollo 12”, “Apollo 14”, “Apollon 15” və “Apollon 16” vasitəsi ilə seysmometrləri Ayın səthinə buraxmışdı. Cəmi beş seysmometrlərdən birincisi “Apollon 11” ilə göndərilsə də, bu seysmometr yalnız üç həftə işləmişdir. Beləliklə hazırda Ay səthində onlardan 4-ü fəaliyyət göstərir. Bu seysmometrlər 1969-cu ildən başlayaraq 1977-ci ilə qədər böyük və kiçik 28 zəlzələ qeydə almışdı.
NASA Ayın səthində görünən qırılma xətlərinin görüntülərini paylaşdı.
Aida İSAQ