Whatsapp-a gizli daxil ola bilən yeni proqram

  • 15 May 2019

Bu cihazlardan ən az biri demək olar ki, hər kəsin cibində var və şəxsi məlumatlarımızı bu cihazlarda saxlayırıq. Bundan başqa smartfonlar hackerlərin sevimli cihazlarından biridir.

Chip.az xəbər verir ki, İsrailin “NSO Group”u tərəfindən hazırlanan yeni casus proqram “WhatsApp” zəngləri ilə smartfonlara müdaxilə edə bilir. Hətta zəngə cavab verilmədikdə belə zərərli kodlar öz məqsədinə çatır. Telefona daxil olduqdan sonra isə öz zənglərini zəng jurnallarından silməyi bacarır. Yəni sözü gedən proqramın telefona müdaxilə etməsi və bu barədə heç kəsin xəbərinin olmaması ehtimalı var. “Android” və “iOS” bu proqramın hədəf auditoriyasına daxildir. Proqram haqqında çox geniş məlumat olmasa da artıq bir neçə həftədir ki, aktivləşdirilib. “WhatsApp” dan verilən açıqlamaya görə bunun arxasında hökumətlərə işləyən şirkət dayanır. Bu şirkətin proqramı smartfonların əməliyyat sistemini ələ keçirir. “WhatsApp” insan haqları təşkilatlarına bu barədə məlumat verdiyini bildirib.

“WhatsApp” bu hücumlardan nə qədər insanın zərər çəkdiyini öyrənmək üçün istintaqlara başlayıb. Şirkətin 1,5 milyard istifadəçisi var. “WhatsApp” ötən həftə ABŞ Ədliyyə Nazirliyinə məsələ ilə bağlı müraciət ünvanlayıb. Şirkətin mühəndisləri də bu istiqamətlərdə işlər aparırlar. Cümə günündən etibarən serverlərdəki boşluqlar bağlanıb.

“NSG” Qrupu “Pegasus” kimi hökumətlərə casus proqram istehsal edərək satan bir qurumdur. Şirkət bununla terror və cinayətkarlığa qarşı mübarizə aparmaq üçün xidmət etdiyini bildirir. Ancaq bu fəaliyyətin nə qədər etibarlı olduğu mübahisəlidir. Proses tam araşdırıldıqdan sonra “WhatsApp” tərəfindən açıqlamaların veriləcəyi gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər