Dünyada ən sürətli qatar təqdim olunub

  • 14 May 2019
  • 61

Chip.az xəbər verir ki, onun maksimal surəti 400 km/saat təşkil edir. Qatar sərnişinləri maksimal sürətindən bir qədər kiçik sürətlə (360 km/saat) daşıyacaq.

Qatarın artıq sərnişinlərsiz sınaqları keçirilib. Qatar dəmir yolunun “JR East”ə aid olan ərazisində yoxlanılır. İstehsalçılar bildirirlər ki, layihənin son sınaq mərhələsi çərçivəsində qatar Aomori şəhərindən Senday şəhərinə qədər hərəkət edəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, qatar yeni standartlara uyğun olaraq hazırlanır. O, yalnız hərəkət sürətinə görə deyil, həmçinin rahatlığı və etibarlılığı ilə seçilir.

Qatarın əsas xüsusiyyətlərindən biri onun tavanında quraşdırılmış xüsusi hava əyləclərini birləşdirən yeni əyləc sistemidir. Əyləc sisteminin əsas hissəsi bilavasitə relslərin yaxınlığında yerləşən maqnit lövhələridir (maqnit əyləc). Bununla yanaşı, qatarın ənənəvi əyləc konstruksiyası da mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Oppo yeni dizaynlı modellerini təqdim edib

Chip.az xəbər verir ki, dünən “OnePlus 7” modelinin təqdimatından sonra bu gün də Çin markasına məxsus telefon xəbərləri yayıldı. “Oppo”nun yeni orta seqm

Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb

Chip.az xəbər verir ki, tədqiqatçılar üzüklərin yaxın vaxtlarda ürək döyüntülərinin normal olub-olmadığını təyin etmək üçün istifadə edilə

Dünya smartfonlar bazarında 6 faiz azalma qeydə alınıb


 Tədarük həcminin azalması dördüncü rüb ərzində də davam edir. Şirkət mütəxəssislərinin fikrincə, bazarda artım 2019-cu ildə bərpa olunacaq, lakin b

Volvo avtomobillər üçün qəza məsləhətçisi xidmətini təklif edir

Chip.az xəbər verir ki, “Volvo” mobil tətbiqetməsinə yeni bir xüsusiyyət əlavə etdi. Telematik texnologiyasının tətbiq olunduğu bu proqram sayəsində istifadə

Snapdragon 675 prosesoru, Snapdragon 710-u geridə qoydu: telefonlar

Beləki, AnTuTu-da 11nm Snapdragon 675 prosessora sahib telefon 174 min bal, Oppo RX17 Pro isə 10nm Snapdragon 710 prosessor i