eBay kriptovalyutaları qəbul edə bilər

  • 14 May 2019

Chip.az xəbər verir ki, bu xəbər mayın 12-dən başlayaraq kütləvi informasiya vasitələrində müzakirə edilir. Buna əsas səbəb Nyu-Yorkda keçirilən “Consensus 2019″ konfransında reklam bannerlərindəki məlumatlar olub. Bannerin bir tərəfində “Virtual Kriptovalyuta. Bu eBay-da baş verir” digər tərəfində isə “dünyanın ən böyük ticarət platformasında aktiv alıcıların sayı 179 milyona çatıb”. Bu məlumat kriptovalyuta cəmiyyətində aktiv müzakirələrə səbəb oldu və bəzi istifadəçilər eBay-ın bu təşəbbüsünü blockchain və rəqəmsal valyutaların kütləvi şəkildə qəbul olunmasına əhəmiyyətli dərəcədə kömək edəcəyini ifadə etdilər. eBay özü bu informasiya ilə bağlı heç bir rəsmi aşıqlama verməyib. Buna baxmayaraq mayın 13-ü bitkoinin qiyməti 7033-dən 7846 dollara qalxdı. 

ebay

Xatırladaq ki, bir müddət əvvəl eBay Amerika-nın vitse prezidenti Scott Cutler öz müsahibəsində bildirmişdi ki, şirkət bitcoin ilə ödənişlərin qəbulu imkanlarını araşdırır.

Scott Cutler:

“Biz bu ideyaya ciddi yanaşırıq, çünki rəqəmsal valyutalar ödəniş vasitəsi kimi daha optimal alətə çevrilməkdədir. Lakin indiki zamanda biz bunu reallaşdırmağa hələ hazır deyilik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır