Bakıda Bitcoin Pizza Day qeyd olunacaq

  • 13 May 2019

Chip.az xəbər verir ki, bu il baş tutacaq görüş ötənilkindən fərqli olaraq konfrans şəklində deyil, daha çox "networking" formatında, yəni, müxtəlif sahələrin nümayəndələri öz aralarında iş əlaqələri qurmaq üçün nəzərdə tutulan formatda təşkil olunacaq. İştirakçılar qeyri-rəsmi şəraitdə sektoral mövzu ilə ünsiyyət qura biləcəklər.

Qeyd edək ki, dünya "Bitcoin" icması bu günü hər il qeyd edir. 22 may 2010-cu il tarixi Las-Veqasdan olan proqramçı Laszlo Heinitz 2 pizzanı 10 min "Bitcoin" ödəməsi hadisəsi ilə yadda qalıb. Bu, kriptovalyutanın hazırkı məzənnəsi ilə təxminən 99 mln. manat təşkil edir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır