Bently-ni tank kimi istifadə etdilər

  • 13 May 2019

Milyon dollarlar dəyərində “ Bently Continental GT”ni  də palet taxılan bir ərazi vasitəsi kimi burada görə bilərsiniz.

Chip.az xəbər verir ki, “Ultratank” adlandırılan bu maraqlı vasitənin gövdəsi, daxili dizaynı və hətta mühərriki belə “Bently”ə məxsusdur. Sözü gedən vasitəni  fərqləndirən özəllik isə avtomobilin kənarından çıxan çoxfunksiyalı paletlərdir.

Avtomobilin cari maksimum sürəti saatda 50 kilometrdir. Lakin vasitəni hazırlayanlar 100 km / saata qədər maksimum sürətini artırmağı planlaşdırırlar. Bu əsl “Continental GT”dən gözlənilən sürət olmaya bilər. Ancaq bu vasitənin yağlı asfaltda istifadə olunmayacağını unutmayın.

“Ultratank Bently Continental GT” təkcə tozlu və dik ərazilərdə sürüş hissini yaratmır. Avtomobilin inanılmaz mühərrik səsi sanki ikinci dünya müharibəısindən qalan tank səsini çıxarır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır