Instagram Ramazan ayı münasibəti ilə xüsusi effekt yaradıb

  • 13 May 2019

Chip.az xəbər verir ki, xüsusilə Ramazan ayı üçün yaradılan bu effekt #MonthofGood (#Yaxşılıqayı) başlığı ilə istifadəyə verilib. İstifadəçilər Ramazan coşğusunu bu yeniliklə bərabər sosial aləmdə paylaşa bilərlər.

“Instagram”ın Türkiyə Strateji Ortaq İdarəçisi Samer Jamal adı çəkilən sosial şəbəkə qlobal platforma olduğuna görə burada hər mədəniyyətə mənsub istifadəçilərin olduğunu qeyd edib. Əlavə olaraq Ramazan ayında istifadəçilərin yaxşı diləklərini  bu şəbəkə üzərindən tez-tez paylaşdıqlarını vurğulayıb.

“Ramazan ayı yaxşılıq ayıdır. Yaxşılığın böyüklüyü və ya kiçik olması bir o qədər də əhəmiyyətli deyil. Ən vacibi bu yaxşılığı bir şəkildə göstərməkdir "deyən Samer Jamal kampaniyanın Ramazan ayının sonuna qədər davam edəcəyini söyləyib.

Qeyd edək ki, sözü gedən yenilikdən istifadə etmək üçün “hekayə əlavə et” bölməsinə daxil olaraq Ramazan ayı olan effektini  seçmək tələb olunur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır