MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

  • 13 May 2019
  • 47
 
Chip.az xəbər verir ki, bu barədə  MTRŞ-nin şöbə müdiri İsa Məmmədov məlumat verib.  
 
O bildirib ki, bu yayım zamanı 12 radio proqramı Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 256 kbit/san sürəti ilə stereo formatında yayımlanacaq: "Bundan başqa, titrlər formasında əlavə məlumatların (dataların) verilməsi də nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Teleradio” İstehsalat Birliyi bu yayımı həyata keçirmək üçün 1 kVt gücündə olan radiovericini istismara verəcək. Radiovericinin əhatə zonası təxminən 80-90 km olacaq”. 
 
İ. Məmmədov qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində DAB və ya DAB+ standartlı rəqəmli radio yayım həyata keçirilir: "DVB-T standartı üzrə rəqəmli radio yayımının aparılması isə o qədər də effektli sayıla bilməz. Çünki bunu yalnız DVB-T televiziya qəbulediciləri dəstəkləyə bilir. Lakin, Norveçdən başqa, bütün ölkələrdə bu yayım analoq radio yayımı ilə paralel aparılır. Bizim ölkəmizdə də hələlik analoq radio yayımının dayandırılması gündəlikdə yoxdur”.
Chip.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tədbirlər

Bir birinə bənzər şirkətlər çoxdur, bizləri fərqli edən isə müştəri yönümlü işləməyimizdir!

  1. Tugba xanım, əvvəla Hesab.az-ın yaranma tarixi və zəruriyyəti ilə bağlı bizə məlumat verərdiniz.

    ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

    İyunun 11-də ADA Universitetində beşinci beynəlxalq “Big Data Day Baku 2019” forumu öz işinə başlayıb. Paşa Bankın dəstəyi ilə keçirilən birgünlük toplantı “Big Da

NETTY2019 nominantları müəyyən edilib

NETTY 2019-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. 

Chip.az xəbər verir ki, iştirakçıların ümumi s

Virtuallaşdırma ilə maraqlanan xanımlar üçün seminar keçiriləcək

"Girls Code" və "Youth Inc." Sahibkarlıq Proqramı "Virtualization for Beginners" mövzusunda seminar keçiriləcək.

Seminarın media dəstəkçilərindən olan

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir

"İnnovasiya Festivalı" çərçivəsində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu işə başlayıb.

Chip.az
xəbər verir ki, 3 gün davam edə