PS-4 üçün hazırlanan oyun ləğv edildi

  • 13 May 2019

Chip.az xəbər verir ki, “Sony Santa Monica” Studiyası 2019-cu ildə BAFTA mükafatlarında“Ən Yaxşı Oyun” mükafatına layiq görülən “God of War”ın istehsalçısı olaraq tanınır. Studiya bu əfsanənin təqdim olunmasına yaxın başqa bir oyun üzərində də çalışırdı. Bu oyun şirkətin əvvəllər qarşılaşmadığı dərəcədə çətin və fərqli idi. Bununla da layihəyə yekun verilmədən ləğv edildi.

Bu layihənin kodu “Internal-7” idi. 3 il müddətində təkmilləşdirilən elmi fantastika oyunu “Internal-7” xüsusi olaraq PS-4 üçün təqdim olunacaqdı. Ancaq gözlənilmədən layihə dayandırıldı.  Prosesin gedişatı müddətində oyun üzərində işləyən bir çox şəxs öz işini itirdi.

“Sony Santa Monica” studiyasının “Raising Kratos” adlı yeni “God of War” sənədli filmi haqqında daha ətraflı məlumat elan olunub.  Beləliklə “Internal-7”  ləğv edildikdən sonra 100-dən çox şəxs bu komandaya əlavə olunub.

“Sony Santa Monica” nın prezidenti Shanon Studstill “Internal-7” ni “Sony”nin “itirilmiş arzu”  olaraq təsvir edir. Görünən odur ki, komandanın bu oyuna böyük ümidləri varmış.

Studiyanın “YouTube” kanalında “God of War”ın inkişaf prosesini  əks etdirən sənədli filmdə “Internal-7” yə aid konseptual hissələr də yer alır.

Həmin filmin 08: 59-cu dəqiqəsini izləsəniz bunu seyr edə bilərsiniz:

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır