Google İphone ilə zarafat etdi

  • 13 May 2019

Chip.az xəbər verir ki, şirkətin "Pixel" seriyası üst seqment məhsulu kimi bazara təqdim olunur. Eyni zamanda “iPhone”ə yaxın qiymətdə təklif olunur.  Hazırda bazara büdcə dostu “Pixel” telefonunu təklif edən “Google”  “Apple” şirkətinə müraciət etməkdən çəkinməyib.

"Google" reklam lövhəsində, “PhoneX” sözünün aşağısında 999 dollar yazaraq “Apple”a müraciət ünvanlayıb. Bu mətnin alt tərəfində isə 399 dollarlıq “Pixel 3a” yer alır. Beləliklə 999 dollarlıq “iPhone-X”in kamerası qaranlıq şəkillər çəkərkən, 399 dollar “Pixel 3a”nın kamerası daha dəqiq fotoşəkillər çəkə bilməsi qeyd oluinub .

“Pixel 3a” ən böyük satış strategiyasını üst seqmentə məxsus telefonlarını daha sərfəli qiymətə  təklif edərək həyata keçirir. 

Qeyd edək ki, “Google”  bu reklamı “Apple” sevərlərin “Pixel 3a”nın şəkil çəkmək keyfiyyətinin geridə qalması barədə  sosial mediadakı  paylaşımından sonra yayımlayıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır